Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-31 LAST UPDATED: 2018-11-07 DEADLINE: 2018-11-30

Vəzifənin adı : Mühasib

Vəzifə öhdəlikləri:

• Sistemə yeni reseptlərin daxil edilməsi;
• Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması;
• Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqayisə olunması;
• Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
• Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqılarının və kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
• Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi;
• Ay sonu sahələrin imzalı qalıqlarının tələbi və sistemə daxil edilməsi;
• Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
• Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etmək, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirmək;
• Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirmək.

Təhsil/Təcrübə

• Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 2-3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Beynəlxalq sertifikasiyaya malik olmalı (F2, F3, F7);
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dilinə malik namizədlər arzuolunandırlar);
• Microsoft Excel, SAP və ya 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP