Müqavilələr üzrə mütəxəssis (Contract specialist)
 
JOB TITLE: Müqavilələr üzrə mütəxəssis (Contract specialist)
EMPLOYER: Agro Investments LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-31 LAST UPDATED: 2018-10-31 DEADLINE: 2018-11-30

Şirkət: AGRO INVESTMENTS MMC

Vəzifə: MÜQAVİLƏLƏR ÜZRƏ MÜTƏXƏSSİS (Contract specialist)

Öhdəliklər:

• Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
• Müqavilə danışıqlarının aparılması;
• Müqaviləyə əlavələrin hazırlanması;
• Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
• Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
•  Müqavilə yazışmalarının aparılması, mübahisəli məsələlərə baxılması;
• Müqavilələrin reyestrinin aparılması.

Ümumi Tələblər:

• Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s. ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir
• Kommersiya hüququ bilikləri;
• Kompüter biliyi: MS Office  (Word, Excel, Outlook, PowerPoint);
• Azərbaycan dilində yüksək və ingilis dilində ən azı orta səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. Rus dilini bilməsi arzuolunandır;
• Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi
• Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s.) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;
• Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
• Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Contract Specialist” yazaraq hr@pmdagriculture.az ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP