Əməliyyat üzrə Baş və Aparıcı mütəxəssis
 
JOB TITLE: Əməliyyat üzrə Baş və Aparıcı mütəxəssis
EMPLOYER: Rabitəbank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-30 LAST UPDATED: 2018-10-31 DEADLINE: 2018-11-29

Rabitəbank Baş ofis və Bakı şəhərində yerləşən filiallarının Əməliyyat bölməsinə Baş və Aparıcı mütəxəssis vəzifələri üzrə işə qəbul elan edir!

Vəzifə öhdəlikləri:

•  Ödəniş tapşırıqlarını bank sisteminə daxil edilməsi;
•  Müştəri hesabları və müştəriyə aid bankdaxili hesablar üzrə bütün növ nağd və nağdsız əməliyyatların aparılması;
•  XÖNKS, AZİPS, SWIFT üzrə əməliyyatların bank sisteminə daxil edilməsi;
•  Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabların açılması;
•  Müştərilərin müraciətinə əsasən hesab üzrə aparılan əməliyyatlar haqqında məlumatın verilməsi və ya hesablar üzrə çıxarışları hazırlanıb və müştərilərə təqdim edilməsi;
•  Öz vəzifəsinə aid olan hesabatlar hazırlanması;
•  Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil edilməsi;
•  Kredit, KÖMİS və HÖP sistemləri üzrə ödənişlərinin qəbul edilməsi;
•  Vergi, məhkəmə, DSMF və digər icra orqanları tərəfindən qoyulmuş sərəncamların silinməsinin (sistemə daxil edilməsini) yoxlanması;
•  Sürətli Pul Köçürmələri sistemi üzrə xidmətin göstərilməsi.

Vəzifəyə olan tələblər:

•  Ali təhsil (maliyyə və iqtisadi təhsili olan namizədlərə üstünlük verilir);
•  Bankın əməliyyat sahəsində 18-36 ay iş təcrübəsinin olması;
•  MS Office proqramında peşəkar işləmə qabiliyyəti;
•  Azərbaycan və rus dillərində sərbəst danışma;
•  Yüksək kommunikasiya qurma bacarığı;
•  Kollektivdə işləmə bacarığı, gülərüz, müştərilərlə yüksək nəzakətlə davranma bacarığı;

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi career@rabitabank.com mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP