Baş mühasib (mühasib) (Sumqayıt şəhəri)
 
JOB TITLE: Baş mühasib (mühasib) (Sumqayıt şəhəri)
EMPLOYER: Baku Business Solutions DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-30 LAST UPDATED: N/A DEADLINE: 2018-11-29


 
Baş mühasib (mühasib) (Sumqayıt şəhəri)

İş öhdəlikləri:

Mühasibatlıq üzrə

• Təqdim edilmiş sənədlər əsasında xərclərin və gəlirlərin uçotunun aparılmasını;
• Balans hesablarının idarə edilməsi, mühasibat baş kitabının aparılması;
• Pul vəsaitlərinin hərəkəti və bank qalıqlarına nəzarətin qurulması;
• Debitor və kreditorların uçotunun təşkili;
• Tələb olunarsa, rüb sonu və il sonu mühasibat proseslərinin həyata keçirilməsi, mühasibat hesabatlarının hazırlanmasının təşkil edilməsi;
• Əməkhaqqı cədvəllərinin hazırlanması, əməkdaşların gəlir vergisinin, sosial sığorta haqlarının hesablanması;

Vergi hesabatları

• ƏDV, Mənbədə vergi, mənfəət vergisi və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Əsas vəsaitlərin reyestrinin aparılması, mənfəət vergisi məqsədləri üçün amortizasiyanın hesablanması;
• Səyyar vergi yoxlamalarının aparılmasına yardım, yoxlama ilə tələb olunan məlumatların təqdim edilməsi;
• Vergi orqanları ilə vergi ödənişlərinin üzləşməsinin aparılması, elektron şəxsi vərəqənin düzgünlüyünə nəzarət;
• Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması;

Digər

• Gündəlik məsələlərlə bağlı müştərilər ilə əlaqə saxlamaq;
• Uzunmüddətli və ya qısamüddətli plan-proqnozların tərtibedilməsində iştirak etmək;
• Müştərilərə daxili nəzarətin qurulmasında və gücləndirilməsində kömək etmək;
• Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək;

Namizədlərə tələblər:

• Mühasibat uçotu, maliyyə, audit, iqtisadiyyat və ya riyaziyyat üzrə universitet təhsili;
• Mühasibat uçotu sahəsində və mühasibat proqram paketlərindən istifadədə ən azı 5 il iş təcrübəsi;
• Ümumi qəbul olunmuş mühasibat uçotu prinsiplərini dərindən bilmə;
• Tələb olunan zaman müştərilərlə görüşmək, görülmüş və görüləcək işlər barədə məlumat vermək;
• Yaxşı ünsiyyət, yazı və vaxt idarəetmə bacarıqları; e-poçt vasitəsilə müştərilər ilə ünsiyyət qurmaq qabiliyyəti;
• Mükəmməl MS Excel bilikləri və Office proqramlarından istifadə etmə bacarıqları;
• Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti; İngilis və Rus dillərini bilmək üstünlük hesab ediləcək;
• Professional etika və müsbət şəxsi keyfiyyətlər.

İş yeri Sumqayıt şəhəri ərazisində yerləşir.

Maraqlanan namizədlərdən yenilənmiş CV-lərini hr@bbs.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP