Qəliblər üzrə alətçi-çilingər
 
JOB TITLE: Qəliblər üzrə alətçi-çilingər
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-29 LAST UPDATED: 2018-11-01 DEADLINE: 2018-11-28

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 600 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Qəliblər üzrə alətçi-çilingər

İşin təsviri:

• Press qəliblərin və ştampların yığılması və təmiri;
• Forma əmələ gətirən səthlərin və axma kanalların pardaqlanması;
• Cizgilərin oxunması;
• Cizgilərdə təsvir olunan əsas elementlərin məlumat pəstahında nişanlanması;
• Çilingər işləri: yonma, burğu ilə deşmə, cilalanma və sürtmə, detalların bir-birinə uyğunlaşdırılması;
• Sınaqlarda iştirak etmək.

Tələblər:

• Orta texniki təhsil
• Press qəliblərdə bütün əməliyyatları bilməli (oturtma, müsadilə);   
• Çilingər və ölçü-nəzarət alətləri, onların təyinatını və işlətmə qaydalarını bilməli;
• Elektrik və pnevmatik alətlərlə işləmək bacarığı;
• Press qəliblərin konstruktiv xüsusiyyətlərini və qaynar kanallı qəliblərin yığılmasını bilməli;
• Bu sahədə iş təcrübəsi 5 ildən artıq.

• Əmək haqqı danışıq əsasında;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir;
• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=122  29.11.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP