İnteryer dizayneri
 
JOB TITLE: İnteryer dizayneri
EMPLOYER: Melissa Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-26 LAST UPDATED: 2018-10-29 DEADLINE: 2018-11-25

Melissa Group” interyer dizaynı üzrə “İnteryer dizayneri” vakansiyası elan edir:

İş barədə məlumat

- Verilən texniki tapşırığa və layihəyə əsasən interyerin 3D vizualizasiyanın hazırlanması, layihənin texniki və normativ sənədləşməsinin tərtib olunması;
- Müştərilərin istəyinə uyğun olaraq kafel-metlax, keramoqranitin və s. 3D formatında interyer dizaynının (dəhliz, sanitar qovşaq, vanna otağı, mətbəx və s.) hazırlanması və müştərilərə təqdim olunması, zərurət yarandıqda müştərilərə interyerin dizaynında məsləhətlərin verilməsi;
- Mebel, avadanlıq, dekorasiya və layihələndirmədə istifadə olunacaq materialın seçilməsi, mövcud brendlərə və materiallara uyğun olaraq sifarişlərin eskiz və işçi layihələrinin  xüsusiyyətlərinin tərtib olunması;
- Sifarişlərin dizayn və layihələrinin həyata keçirilməsi prosesində satış, anbar və təchizat şöbələri ilə qarşılıqlı əlaqələrin qurulması;
- İş qrafki: saat 10:00-dan 19:00-a kimi olmaqla altıgünlükdür;
- Əməkhaqqı müsahibənin nəticəsinə uyğun olaraq müəyyən oluna bilər. 

Namizədə dair tələblər

- Memarlıq və dizayn istiqaməti üzrə ali təhsilin bakalavr və ya magistr dərəcəsi;
- Azərbaycan və rus dillərində şifahi və yazılı ünsiyyət qurma bacarığı;
- 3Ds max, V-Ray, CorelDraw, Adobe Photoshop, AutoCad proqramlarında peşəkar işləmə qabiliyyəti;
- İnteryer dizayn sferasında 2 ildən az olmayan iş təcrübəsi;
- Yaradıcı düşünmə qabiliyyəti;
- Müştəri məmnuniyyətinə nail olma və təqdimat bacarığı;
- Santexnika və keramika sahəsində baza məlumata sahib olması;

CV və portfolionuzu hr@melissagroup.az ünvanına "interyer dizayneri " başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP