Baş direktorun köməkçisi
 
JOB TITLE: Baş direktorun köməkçisi
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-26 LAST UPDATED: 2018-11-07 DEADLINE: 2018-11-25

Vəzifənin adı : Baş direktorun köməkçisi

Vəzifə öhdəlikləri:

• Baş direktorun tapşırığı əsasında sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
• Baş direktorun iştirak edəcəyi iclaslarının, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması;
• Keçirilmiş iclasların/görüşlərin protokolların hazırlanması, qeydiyyatının aparılması və qısa zamanda müvafiq şəxslərə göndərməsini təmin etməli;
• Baş direktorun qonaqlarının qəbul edilməsi;
• Daxil olan telefon zənglərinin cavablandırılması;
• Daxil olan hesabatların toplanması, nəzərdən keçirilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
• Baş direktorun ölkədaxili və ölkəxarici ezamiyyətləri ilə bağlı məsələlərin vaxtı vaxtında həll edilməsi;
• Baş direktorun imzasına daxil olan sənədlərin qəbul edilməsi;
• Baş direktorun tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
• İş yerinin zəruri texniki vasitələr və dəftərxana ləvazimatı ilə təmin edilməsinə nəzarət edilməsi;
• Baş direktorun tapşırıqlarına əsasən iş üçün zəruri olan materialların çap edilməsi və məlumat bazasına daxil edilməsi;
• Baş direktorun tərəfindən tapşırılan müvafiq vəzifələrin yerinə yetirilməsi.

Təhsil/Təcrübə

• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
• İşgüzar, məsuliyyətli olmalı habelə tez tez səyahətlər və yerdəyişmələrə hazır olmalı.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş direktorun köməkçisi” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP