İnşaat mühəndisi
 
JOB TITLE: İnşaat mühəndisi
EMPLOYER: DDT Plus LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-26 LAST UPDATED: N/A DEADLINE: 2018-11-25


 
Vəzifə - İnşaat mühəndisi

İş saatı: Həftə içi 5 iş günü 9:00-18:00, şənbə - 09.00-14.00 (Bazar günü istirahət)
Yaş Həddi – 26 yaşından yuxarı
Maaş – 1000.00 AZN

Əsas vəzifə-öhdəliklər:

- Təyin edilmiş obyektdə(ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlarına, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edir;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
- Vəzifə təlimatında göstərilmiş diqər öhdəlikləri yerinə yetirir;

Tələb olunan keyfiyyətlər:

- Müvafiq sahədə Ali təhsil (İnşaat fakultəsinin mülki sənaye tikinti ixtisası üzrə mühədis diplomu)
- Qeyd olunan sahədə ən azı  4 (dörd) il iş təcrübəsi;
- Microsoft Office proqramlarında(Word, Excel) işləmək bacarığı (AUTOCAD bilənlərə üstünlük veriləcək);
- Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri , həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prinsiplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki replamentlər, tikinti norma və qaydalarını, texniki şərtləri bilmək;
- Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq;
- Yaxşı ünsiyyət, və komanda ilə işləmək bacarığı ;
- Bütün görülən işlərə detallı şəkildə yanaşmaq;

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini  office@ddtplus.az  elektron ünvanına Subject/Mövzu hissəsinə vəzifənin adını(İnşaat mühəndisi) qeyd etməklə göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP