Servis üzrə menecerin köməkçisi
 
JOB TITLE: Servis üzrə menecerin köməkçisi
EMPLOYER: Caspian Services Group LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-26 LAST UPDATED: N/A DEADLINE: 2018-11-25

İşəgötürən: “Caspian Services GroupMMC

Vəzifə: Servis üzrə menecerin köməkçisi  (ağır texnika üzrə: dirsəkli, teleskopik, qayçı tipli  qaldırıcılar və s.)

Cins: Kişi

İş rejimi: Tam

İş yeri: Heydər Əliyev prospekti 103, Bakı, Azərbaycan

Web:   www.caspianservices.az

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi.
• İstirahət: Bazar günü
• İcbari  sığorta
• Mehriban kollektiv
• İş barədə digər məlumatlar müsahibə zamanı danışılacaq

Tələblər:

• Ali texniki təhsil
• İş təcrübəsi: Minimum 1 il
• Dil bilikləri:  Azərbaycan, rus, ingilis dili
• Kompyuter Bilikləri: MC Office
• Elektron avtokataloqları mütləq bilmək
• Xüsusi texnikanın quruluşunu bilmək
• Əsas brendləri, ehtiyat hissələrinin istehsalçılarını tanımaq
• Anbar və ehtiyat hissələri sahəsi üzrə biliklərə malik olanlara üstünlük verilir
• Məsuliyyətli olmalıdır
• Hərəkətli iş rejimində işləyə bilən
• İnsanlarla asan münasibət qura bilən
• İnsanları razı salma qabiliyyəti yüksək olmalı
• Xarici görünüşünə diqqət etməli 
• Tək və komandada işləmə bacarığı olmalıdır
• Təhvil-təslimin sənədləşdirmə qaydalarını bilməlidir
• Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir

Vəzifə öhdəlikləri:

• Vəzifə təlimatını, SƏTƏM, İR və müəssisə daxili qaydaları bilməlidir; 
• Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
• İşinə aid olan vəzifə öhdəliklərini yerinə yetirməli;
• Servis tələblərinin tərtibinə köməklik etmək;
• Bütün zəruri sənədlərin hazırlanmasına köməklik etmək;
• Texnikanın iş saatına uyğun olaraq, onun  servisi üzrə həftəlik/aylıq planın hazırlanmasına köməklik etmək;
• Hər ayın əvvəlində lazım olan ehtiyat hissələrinin siyahısının hazırlanması;
• Şirkətə məxsus texnikanın aylıq yoxlama planının və texnikanın  yoxlama nəticələri əsasında hesabatın hazırlanmasına kömək etmək;
• Texnikanın gündəlik təmir nəticələri əsasında hesabat hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə kömək etmək;
• Görülən təmir işləri haqqında müştəriyə məlumat vermək;
• Müştərinin tələblərini vaxtında yerinə yetirmək;
• Müştərilərin şikayətlərini araşdırmaq, həlli yolların tapmaq, bu barədə hesabat hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə kömək etmək;
• Hər həftə yenilənmiş daimi və potensial müştərilərin siyahısını rəhbərliyə təqdim edilməsinə kömək etmək;
• Texnikanın servisinə, təmirinə nəzarət etmək;
• Anbarda malların inventarizasiyasında iştirak etmək;
• Anbara malların qəbul edilməsində iştirak etmək;
• Anbardan malların təhvil verilməsinin anbar proseduruna əsasən həyata keçirilməsinə kömək etmək.

Qeyd:

• İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
• Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Office@caspianservices.az elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Servis üzrə menecerin köməkçisi) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
• Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP