Təcrübə proqramı (Mebel istehsalatı sahəsi)
 
JOB TITLE: Təcrübə proqramı (Mebel istehsalatı sahəsi)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-25 LAST UPDATED: N/A DEADLINE: 2018-11-24

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@abc-telecom.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Təcrübə proqramı (Mebel istehsalatı sahəsi)

Tələblər:

• 18 yaşdan yuxarı
• Orta-ixtisas və ya ali təhsilli
• Təhsil göstəriciləri yüksək olmalı

Təcrübə proqramı barədə məlumat:

• Peşə məktəblərinin məzunları müvafiq olaraq: Mebel istehsalı, Panel istehsalı, Yumşaq mebel istehsalı, Mətbəx mebeli istehsalı sahələrində 1 aydan 3 aya dək

• Ali məktəblərin məzunları müvafiq olaraq: Sifarişlərin idarə olunması, Çatdırma xidməti, Satış, Əməliyyatlar, Anbar idarəetməsi sahələrində 1 aydan 3 aya dək

təcrübə keçmək imkanı qazanacaqlar. Yaxşı nəticə göstərmiş təcrübəçilər təcrübə müddəti bitdikdən sonra işə qəbul olunmaq imkanı qazanacaqlar.

Təcrübəçilik müddətində iş şəraiti:

• İş günü 6 gün, 09:00 – 18:00
• Əmək haqqı - 200 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Təcrübə proqramı (Mebel istehsalatı sahəsi)” qeyd edərək CV formasını hr@abc-telecom.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP