Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-24 LAST UPDATED: N/A DEADLINE: 2018-11-23

Vakansiyanın adı:

Hüquqşünas

Əsas vəzifə və öhdəliklər:

• Müqavilə layihələrinin hazırlaması, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasının aparılması və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi;
• Məhkəmələrdə, digər dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında şirkətin qanuni mənafeyinin müdafiəsinin həyata keçirilməsi;
• Dövlət qurumlarından, hüquqi və fiziki şəxslərdən daxil olan məktub, sorğu, ərizə, şikayət və təkliflərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılması və  araşdırılması;
• Müqavilələrin reyestrinin aparılması;
• Şöbəyə aid müxtəlif hesabatların hazırlanması.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramlar
• Maliyyə, vergi hüququ və daxili audit sistemləri üzrə biliklər.
• Analitik düşüncə və müxtəlif hüquq sahələrini əlaqəli təhlil etmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili.
• Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Hüquqşünas " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hrmdepartment2018@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP