Əmək haqqının hesablanması üzrə mühasib
 
JOB TITLE: Əmək haqqının hesablanması üzrə mühasib
EMPLOYER: AZZA Cake House DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-24 LAST UPDATED: N/A DEADLINE: 2018-11-23

DEADLINE: 2018-11-24

Əmək haqqının hesablanması üzrə mühasib

Vəzifə öhdəlikləri:

1) İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
2) Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
3) Məzuniyyət haqlarının,  xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
4) DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi;
5) Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
6) Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
7) Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
8) İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
9) İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
10) Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
11) Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

1) Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
2) Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (hər hansı ERP-də əmək haqqının hesablama təcrübəsi olan şəxslərə üstünlük verilir);
3) Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
4) Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
5) Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
6) Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
7) İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Əlavə məlumatlar:

1) Əmək haqqı 900-1000 AZN;
2) Nahar şirkət tərəfindən verilir;
3) 6 günlük iş qrafiki.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@azza.az  elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP