Büdcə Hesabatlılıq üzrə mütəxəssis
 
JOB TITLE: Büdcə Hesabatlılıq üzrə mütəxəssis
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-24 LAST UPDATED: N/A DEADLINE: 2018-11-23

Büdcə Hesabatlılıq üzrə mütəxəssis

MKT-İK MMC (Pambıq müəssəsi) Büdcə Hesabatlılıq üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Büdcə siyasətinin və prosedurlarının hazırlanmasını təmin etmək;
• Hər bir hesabat dövrünün sonunda büdcə hesabatlarının müqayisəli təhlil edilməsi  və əhəmiyyətli dəyişikliklər barədə hesabat verilməsi;
• Əməliyyat xərclərinin sənədlərini gündəlik yoxlanılıb təsdiqənməsi və Büdcə nəzarət prosedurları ilə uyğunlaşdırılması;
• Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
• Maliyyə hesabatlarının analitik təhlilinin aylıq şəkildə həyata keçirilməsi;
• Müəyyən müddət ərzində maliyyə əməliyyatlarının qeydiyyatına nəzarət edir;
• Hesabat və təhlillər vasitəsilə idarəetmə üzrə qərarlarının qəbul edilməsi prosesini dəstəkləmək;
• Yeni əməliyyatlar üçün mühasibat tənzimləmələrini təklif etmək və mühasibat memorandumu hazırlamaq;
• Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.

Tələblər

• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• İstehsalat və ya audit şirkətində əlaqədar sahə ilə bağlı minimum 2-3 illik iş təcrübəsi.
• Tapşırıqları zamanında həll edə bilmək;
• Gərgin rejimdə işləmə bacarığı;
• Komanda işini bilməli;
• Güclü analitika və problem həll-etmə bacarığı;
• Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
• Dəqiqlik və yeni qəbul edilmiş informasiyanın tez zamanda emal edə bilmək bacarığı.
• ACCA F;2;3;7 sertifikasiyasına malik namizədlərə üstünlük veriləcəkdir;
• 1C proqram biliyi;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində  hr@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Büdcə Hesabatlılıq üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP