Maliyyə nəzarəti üzrə mütəxəssis
 
JOB TITLE: Maliyyə nəzarəti üzrə mütəxəssis
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-22 LAST UPDATED: N/A DEADLINE: 2018-11-21

Maliyyə nəzarəti üzrə mütəxəssis

MKT-İK MMC (Pambıq müəssəsi) Maliyyə nəzarəti üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Aylıq, rüblük və illik maliyyə hesabatlarının təhlili;
• Gündəlik pul vəsaitləri hərəkətinin təhlili və nəzarəti;
• Maliyyə planı üzrə məlumatların şirkətin bütün struktur bölmələrindən alınması;
• Müəyyən olunmuş maliyyə risklərinin azaldılması məqsədi ilə nəzarət tədbirləri planının hazırlanması və onun bütün struktur bölmələrdə həyata keçirilməsi;
• Fəaliyyət sahəsinə uyğun prosedurların qiymətləndirilməsini və təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək və onların həyata keçirilməsində bilavasitə iştirak etmək;

Tələblər

• Maliyyə sahəsində ali təhsilin olması;
• Maliyyə  sahəsində ən azı 3 il iş təcrübəsi;
• MS Office -  Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı;
• Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını bilməli;
• Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını bilməli;
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilməli;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində  hr@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyə nəzarəti üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP