Almaniyada tibb bacısı/qardaşı
 
JOB TITLE: Almaniyada tibb bacısı/qardaşı
EMPLOYER: IGAplus GmbH DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-19 LAST UPDATED: 2018-10-22 DEADLINE: 2018-11-18

Position: Almaniyada tibb bacısı/qardaşı
Şirkət:    IGAplus GmbH

Şirkət haqqında məlumat  

IGAplus GmbH Almaniya Federativ Respublikasında yaradılmış MMC olmaqla, Azərbaycan Respublikasının dövlət statuslu tibb kollecləri vəya tibb universitetində təhsil almış şəxslərin Alman dilini öyrənməsini və Almaniyanın beynəlxalq standartlara cavab verən klinika eləcə də qocalar evlərində yüksək məvacibli tibb bacısı/ qardaşı və ya baxıcı işi ilə təmin olunmasını təşkil edir.

Axtarırıq: Tibb bacıları Tibb qardaşları

Təklif edirik:

İŞ YERİ – Almaniyada klinikalar və qocalar evlərində tibb bacısı/ qardaşı eləcə də baxıcı kimi işləmək və beynəlxalq bir komandanın tərkib hissəsi olmaq
ƏMƏK HAQQI - 1.500 avro (netto – vergilər, həyat/ sosial siğorta və pensiya fonduna ödənilən xərclər çıxıldıqdan sonra) dan başlayan aylıq əmək haqqı
ÖDƏNİŞSİZ ALMAN DİLİ KURSLARI – Heç bir ödəniş tələb edilmədən İntensiv Alman dili kursları (8 – 9 ay müddətinə, həftədə 5 gün və gündə 2/ 3 saat)
MÜDDƏTSİZ ƏMƏK MÜQAVİLƏSİ – Almaniyadakı tibb müəssisələri ilə ALMANİYADA MÜDDƏTSİZ YAŞAMAQ HÜQUQU
BEYNƏLXALQ LİSENZİYA – Tibb bacısı/ qardaşı eləcə də baxıcı üzrə

Tələblərimiz:

- 11 illik orta təhsil

- Yuxarıdan aşağıya doğru kollec ali təhsil və iş təcrübəsi:
1. Dövlət statuslu tibb kollecinin (tibb kollecinin yerləşdiyi şəhərdən asılı olmayaraq) tibb bacısı/ qardaşı ixtisası üzrə təhsilini başa vurmuş və hal hazırda tibb bacısı/ qardaşı peşəsi ilə məşğul olanlar; 2. Dövlət statuslu tibb kollecinin (tibb kollecinin yerləşdiyi şəhərdən asılı olmayaraq) digər ixtisasları üzrə təhsilini başa vurmuş və bir neçə il tibb bacısı/ qardaşı peşəsi ilə məşğul olanlar;
3. Dövlət statuslu tibb kollecinin (tibb kollecinin yerləşdiyi şəhərdən asılı olmayaraq) tibb bacısı/ qardaşı ixtisası üzrə məzunları;
4. Tibb Universitetinin tələbə və məzunları elecə də həkim peşəsi ilə məşğul olanlar - 18 – 50 yaş arası - Almaniyada uzun müddətli yaşamaq və işləmək istəyi Xidmət haqqı: Öncədən heç bir xidmət haqqı tələb edilmir.

Müraciətlərinizi, aşağıdakı sənədlərin skan olunmuş (telefondan çəkilmiş fotolar qəbul edilmir) forması ilə birlikdə igaplus@outlook.de email adresinə yollaya bilərsiniz. Əlavə məlumat üçün +49 163 4682696 (whatsapp) nömrəsi ilə əlaqə yarada bilərsiniz.
- Xarici pasport və ya şəxsiyyət vəsiqəsi
- CV
- Attestat - Diplom və əlavəsi - Əmək kitabçası və ya iş təcrübənizi təsdiq edən arayış (mövcuddursa) - Səhiyyə Nazirliyinin tərəfindən həyata keçirilən sertifikasiya şəhadətnaməsi (mövcuddursa) - Digər sertifikatlar (məs. dil sertifikatı)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP