Təchizat üzrə Mütəxəssis
 
JOB TITLE: Təchizat üzrə Mütəxəssis
EMPLOYER: AZCO Engineering DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-19 LAST UPDATED: N/A DEADLINE: 2018-11-18

Şirkət haqqında:

AZCO Engineering-Procurement & Construction” MMC şirkəti ən yaxşı inkişaf etmiş yerli EPC şirkətlərindən biridir. AZCO Sənaye Layihələrinə sərmayə qoyan və inkişaf edən şirkətləri peşəkar texniki xidmətlərlə təmin edir.

Şirkətimiz Neft və Qaz, Dağ-Mədən, Sənaye və İnfrastruktur sektorlarında Mühəndislik, Təchizat Xidmətləri, Tikintinin İdarə edilməsi, İstehsalat və Tikinti, Sazlama işləri və İstismara verilmə zamanı Yardım, Texniki Təmir və İnsan Resursları Xidmətləri kimi ixtisaslaşdırılmış xidmət çeşidlərini təklif edir.
 
Vakansiya:  Təchizat üzrə Mütəxəssis

1.0 Vəzifələri :

1.1. Təchizat üzrə mütəxəssis, təchizat departamentinin müdirinin göstərişləri əsasında  şirkətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, şirkətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir;
1.2 Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini   dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək; 
1.3 Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
1.4 Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
1.5 Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək;
1.6 Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
1.7 Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq;

2.0   Bilməlidir:

2.1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini (satınalmalar haqda qanun);
2.2  Yuxarı orqanların və şirkət rəhbərliyinin əmr, sərəncam və qanunlarını;
2.3  Şirkətin idarəetmə strukturunu, texniki və iqtisadi inkişaf istiqamətlərini;
2.4  Mal-materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını;
2.5  Daxili nizam-intizam qaydalarını;
2.6  Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və yanğından mühafizəsinin norma və qaydalarını;
2.7  İSO 9001 : 2009 standartı əsasında “ Keyfiyyəti idarəetmə sistemi”nin tələblərini.

3.0  Məsuliyyəti :

3.1. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və   qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə məsuliyyət daşıyır.
4.0  Vəzifə tələbləri :
4.1. Ali texniki təhsilli;
4.2. Müvafiq sahələrdə (tikintidə daha çox arzuolunandır) 5-10 ildən az olmayaraq iş təcrübəsi olan;
4.3  Kompüter MS Ofis proqramları;
4.4  Dil bilikləri – Azərbaycan dili, ingilis dili, rus dili;

İş qrafiki: Bazar ertəsi- Cümə 09:00-18:00

Maraqlananlar  CV-ni mövzu yerinə  Təchizat üzrə Mütəxəssis qeyd  edərək   azco.hr@gmail.com  ünvanına göndərə bilərlər. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP