Satıcı
 
JOB TITLE: Satıcı
EMPLOYER: Səba Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-19 LAST UPDATED: N/A DEADLINE: 2018-11-18

“Səba ət-süd” mağazasında satıcı fəaliyyəti

Tələb edilənlər:

- Satış sahəsində ən azı 6 (altı) ay təcrübə olması; (çəki ilə satılan qida məhsulları və ya ümumiyyətlə qida məhsulları satışı sahəsində olması arzuolunandır.)
- Dəqiq, məsuliyyətli, təmizkar, səliqəli olmaq;
- Ən azı orta təhsilə malik olmaq;
- Xoş ünsiyyətcil, səbirli və müştərilərlə nəzakətlə davranmaq vərdişlərinə malik olmaq;
- Əsasən, xanım namizədlər tələb olunur.
- Başlanğıc ödəniş məbləği ilk 6 ay ərzində 300 AZN, sonrakı aylarda dövriyyənin 3% hissəsi məbləğində olacaqdır.
- Bu fəaliyyətin göstəriləcəyi “Səba ət-süd” mağazaları əsasən Bakı şəhərində yerləşir.

Vakansiya barədə məlumat

- Mağazada ət və süd məhsullarının satışının həyata keçirilməsi;
- Mağazada satılacaq malların əvvəlcədən siyahısının hazırlanması və sifariş verilməsi;
- Mağazaya satış üçün gətirilən malların ölçülərək və ya sayılaraq qəbul edilməsi, vitrinə yerləşdirilməsi və qiymətlərinin qeyd olunması;
- Mağazada satılmayaraq, şirkətə geri qaytarılacaq malların siyahısının hazırlanması və bu malların çəkilərək və ya sayılaraq satış nümayəndəsinə təhvil verilməklə geri qaytarılması.
- Mağazada təmizlik aparılması və sanitar-gigiyenik normaların tələblərinin təmin edilməsi;
- Mağazada istifadə olunan materiallardan qənaətlə və səmərəli istifadə edilməsi və bitməsi zamanı sifarişlərinin verilməsi.

Əlavə üstünlüklər

- Treninqlər keçirilməsi Şirkət tərəfindən təmin edilir.
- Mağazada istifadə edilən ləvazimatlar, texniki dəstək və sair Şirkət tərəfindən təmin edilir.

Zəhmət olmazsa, vakansiya üzrə çalışmaq üçün ilk öncə yalnız CV göndərməyiniz xahiş olunur.

Əlaqə saxlanılacaq şəxs: Fərhad Məhərrəmov 0512502300

CV-lərin göndəriləcəyi elektron poçt ünvanı: F.Maharramov@saba.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP