Direktor köməkçisi
 
JOB TITLE: Direktor köməkçisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-18 LAST UPDATED: N/A DEADLINE: 2018-11-17

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Direktor köməkçisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Təhsil: Ali təhsil

İşin Təsviri: Rəhbərin günlük işinin planlanması, hesabatların hazırlanması və müvafiq məlumatların araşdırılmasına yardımçı olmaq.

Vəzifə öhdəlikləri:

- Sənədlərin nəzərdən keçirilməsi, toplanması və məzmunu barədə rəhbərliyə məlumat verilməsi;
- Rəhbərin iştirakı edəcəyi toplantıların, görüşlərin və konfransların planlaşdırılması, əlaqələndirilməsi və qrafikinin tərtib olunması və protokollaşdırılması;
- Rəhbərin qonaqlarının və telefon zənglərinin qəbulu;
- Daxil olan aylıq hesabatların nəzərdən keçirilməsi və oxunması, ilkin qiymətləndirilməsi, cəmlənməsi və rəhbərliyə təqdim edilməsi;
- Ezamiyyətlər  üçün hazırlıqların görülməsi, marşrutların seçilməsi, səfər planlarının hazırlanması;
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- Planlama qabiliyyəti;
- Yüksək təşkilatçılıq bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Direktor köməkçisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP