Digital Laboratoriyanın Proqramçısı
 
JOB TITLE: Digital Laboratoriyanın Proqramçısı
EMPLOYER: Unibank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-17 LAST UPDATED: N/A DEADLINE: 2018-11-16

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Proqramlaşdırma /Bank
Vəzifə: Digital Laboratoriyanın Proqramçısı
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

- Mövcud proqram təminatının dəstəyi;
- Yeni proqram təminatı və modulların yazılması və testləşdirilməsi;
- Proqram təminatının sənədləşdirilməsi.

Namizədin Profili

- Tətbiqi riyaziyyat, kompyuter elmləri və ya oxşar sahə üzrə ali təhsil;
- İngilis və ya rus dillərindən birini yaxşı (ən azı upper intermediate) səviyyədə bilmək (hər ikisini bilən namizədlərər üstünlük veriləcəkdir);
- SQL üzrə mükəmməl səviyyədə biliklər (PL/SQL biliklərinə üstünlük veriləcəkdir);
- Core Java və Java EE mükəmməl səviyyədə bilmək (Spring bilikləri olanlara üstünlük veriləcəkdir);
- HTML, CSS, Javascript üzrə biliklərə sahib olmaq;
- SOAP ve REST webservisləri üzrə biliklər, Json, XML formatlari ilə işləmə bacarıqlarının olması;
- Versiya idarıçilik sistemləri ilə iş təcrübəsinin olması (SVN, GIT, HG).

Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və ya müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Digital Laboratoriyanın Proqramçısı) göstərməyinizlə cv@unibank.az ünvanına göndərməklə vakansiyaya müraciət edə bilərsiniz.

 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP