Restoran Meneceri
 
JOB TITLE: Restoran Meneceri
EMPLOYER: Restoran Millennium DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-17 LAST UPDATED: N/A DEADLINE: 2018-11-16

Restoran Millennium

Vakant vəzifə  : Restoran Meneceri

Vəzifə öhdəlikləri :

- Heyətin işə götürülməsi, idarəedilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi
- Müştəri məmnuniyyətini təmin etmək
- Aylıq satış planlarını təyin etmək və onları təmin etmək
- Aylıq satış və anbar hesabatlarının hazırlanmasını təmin etmək
- Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək
- Mövsümi menuya dəyişiklər, yeni məhsullar təklif etmək
- Stres və münaqişə hallarını idarə etmək
- Fəaliyyət ərazisində gündəlik gəzinti-baxış keçirmək, təmizlik səviyyəsinin, digər məlumatların yerində olmasından əmin olmaq
- İnzibati işlər, əmək qüvvəsi və əməliyyat məsrəfləri ilə bağlı məsələləri tənzimləmək
- Qonaqlara göstərilən xidmət standartlarının icrasına nəzarət etmək və gəlirləri artırmaq

Tələblər

- Ali təhsil
- Mehmanxana və ya restoranların idarə olunması üzrə minimum 5 il iş təcrübəsi
- Xidmət sahəsində işçi heyət bazası məlumatının olması
- Məlumatı qavrama qabiliyyəti
- Nümunəvi xasiyyət
- Öz üzərində çalışma qabilliyəti
- Tələbkarlıq
- Təşkilatçılıq bacarığı
- Bilik və bacarıqlarını ötürülməsi bacarığı
- Dil bilikləri : Azərbaycan, Rus və İngilis dili
- Ətrafdakılarla münasibət qurmaq və yarana biləcək problemləri həll etmək qabiliyyətinə malik olmaq
- Analitik qabiliyyətli, inkişaf etməyə meyli olan və liderlik cəhətlərinə malik bir şəxs olmaq

Qeyd : Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Restoran Meneceri” yazılb millennium.aze@gmail.com ünvanına CV göndərməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP