Kadrların uçotu və nəzarəti üzrə mütəxəssis
 
JOB TITLE: Kadrların uçotu və nəzarəti üzrə mütəxəssis
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-16 LAST UPDATED: 2018-10-17 DEADLINE: 2018-11-15

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 600 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Kadrların uçotu və nəzarəti üzrə mütəxəssis

İşin təsviri:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• İşçilər barədə məlumat bazası ilə işləməsi, müvafiq məlumatların ERP proqrama daxil edilməsi və məlumatların daima yenilənməsinin təmin edilməsi;
• e-gov hökümət portalında əməliyyatların aparılması;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
• Davamiyyətin izlənilməsi;
• Kadr sənədləşməsinə mütəmadi nəzarət edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
• Əmək məcəlləsi üzrə biliklər;
• MS Office proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.

İş şərtləri:

• Həftədə 5 iş günü, 09:00 – 18:00;
• Nahar şirkət hesabına verilir;
• Servis xidməti fəaliyyət göstərir.

Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=73
15.11.2018–ci il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP