Tibb bacısı
 
JOB TITLE: Tibb bacısı
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-16 LAST UPDATED: N/A DEADLINE: 2018-11-15

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Tibb bacısı

İş yeri: Abşeron rayonu, Məhəmmədi kəndi
İş təcrübəsi: 1-3 il
Təhsil: Tibbi təhsil (Orta ixtisas təhsili)
Yaş həddi: 23-35 yaş

İşin Təsviri:  Həkiməqədər tibbi yardımı göstərmək və həkim təyinatının yerinə yetirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
- Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyata keçirmək, o cümlədən dərman vasitələrinin qalığına nəzarət etmək;
- Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək.

Tələblər:

- Tibbi deontologiyanı bilmək;
- Tibb bacısının iş prinsiplərini bilmək;
- MS Office proqramlarını bilmək arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

İş qrafiki: Növbəli iş qrafiki

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Tibb bacısı” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP