Hasilat sahələrinin koordinasiyası üzrə aparıcı mütəxəssis
 
JOB TITLE: Hasilat sahələrinin koordinasiyası üzrə aparıcı mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-16 LAST UPDATED: N/A DEADLINE: 2018-11-15

Vakansiyanın adı:

Hasilat sahələrinin koordinasiyası üzrə aparıcı mütəxəssis

Əsas vəzifə və öhdəliklər:

• Müvafiq sahədə prioritetlərin formalaşdırılmasında, layihələrin işlənilib hazırlanmasında iştirak etmək;
• Dağ-mədən üzrə layihələrin sənədləşməsinin düzgünlüyünü təmin etmək və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarını dəqiq aparmaq;
• Strukturun iş planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində iştirak etmək;
• Müxtəlif dağ-mədən üzrə layihələrin planlaşdırılmasını (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı) təşkil etmək;
• Dağ-mədən üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək.
• İstehsalat sahələrinin koordinasiyası;
• İstehsalat sahələrinin təkmilləşdirilməsinə dair təkliflərdə iştirak;
• Şirkətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulmasında iştirak etmək;
• Hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsində iştirak etmək;
• Hasilat sahələrinin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak etmək;
• Tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan meyarlar:

• Təhsil: Texniki və İdarəetmə yönümlü ixtisaslar üzrə ali təhsil
• İş təcrübəsi: Minimum 2 il müvafiq sahədə iş təcrübəsi
• Dil və komputer bilikləri: Azərbaycan dili (sərbəst), İngilis və Rus dilləri orta səviyyədə danışıq və yazı bacarığı,  Microsoft Office və ArcGis proqramlarını bilməli.

Əlavə biliklər:

• Azərbaycan və ətraf regionların quruluşu haqqında ilkin biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye tipləri haqqında ilkin biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ilkin biliklər;
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Hasilat sahələrinin koordinasiyası üzrə mütəxəssis " qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hrmdepartment2018@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP