İxracat üzrə texniki işlər mütəxəssisi
 
JOB TITLE: İxracat üzrə texniki işlər mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-15 LAST UPDATED: N/A DEADLINE: 2018-11-14

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə - İxracat üzrə texniki işlər mütəxəssisi
İş yeri - Bakı şəhəri
İş təcrübəsi: 2-5 il
Təhsil: Ali təhsil

İşin Təsviri: İxracat prosesinin sənədləşdirilməsini həyata keçirmək üçün ixracat sənədlərinin hazırlanması.

Vəzifə öhdəlikləri:

- İxracat sifarişlərini müvafiq proqram təminatına işləmək;
- Hesab-faktura və keyfiyyət sertifikatlarını yoxlanmasını və imzalanmasını təmin etmək;
- Hasilat norması, müqavilə, hesab-faktura, keyfiyyət, uyğunluq, gigiyenik sertifikatlarını və gömrüyə qədər toplanması lazım olan digər sənədləri toplamaq;
- Toplanmış sənədləri vaxtında brokerə təqdim etmək;
- Nəqliyyat vasitəsi gömrükləndikdən sonra gömrük inspektorundan sənədlər toplusunu alıb, elektron formada şöbə müdirinə göndərmək;
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək.

Tələblər:

- MS ofice proqramları biliyi;
- Rus dili və ingilis dili biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki:  5 günlük

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını -  “İxracat üzrə texniki işlər mütəxəssisi” yazıb göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP