Satış müdiri
 
JOB TITLE: Satış müdiri
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-12 LAST UPDATED: N/A DEADLINE: 2018-11-11

Vəzifə: Satış müdiri

Əmək haqqı: 1200-1500 AZN
İş vaxtı barədə müsahibə zamanı ətraflı məlumat veriləcək.
Nahar şirkət tərəfindən təmin edilir.
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.

Vəzifə təlimatları:

• Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflərin hazırlanması;
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
• Satışın düzgün şəkildə həyata keçirilməsi, satılmış mal və məhsulların dəyərinə uyğun məbləğin müəssisəyə təhvil verilməsi;
• Qarşıya qoyulan satış hədəflərinin və satış planının yerinə yetirilməsi;
• Hər ay satış planının analizinin aparılması və satışın yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi;
• Şirkətin müştəri bazasının artırılması, yeni müştərilərin cəlb olunması;
• İstehlakçı tələbatı barədə məlumatın toplanılması;
• Müştəri tələb və təkliflərinin müəyyənləşdirilməsi prosesinin idarə edilməsi, daimi olaraq təkmilləşdirilməsi;
• Şirkətin satış siqmetinə uyğun marketinq araşdırmalarının aparılması və bu araşdırmalar əsasında biznes planın hazırlanması;
• Görülən işlərin nəticələrinə əsasən həftəlik, aylıq və illik hesabatların birbaşa rəhbərinə təqdim olunması;
• Tabeçiliyində olan şəxslərin iş planının və günlük proqrama uyğun çalışmalarının yoxlanılması.

Namizədə qarşı tələblər:

• Təhsil: İqtisadiyyat və biznesin idarə edilməsi üzrə ali təhsil (magistratura təhsili arzuolunandır);
• İş təcrübəsi: 5 il müvafiq sahə üzrə təcrübə;
• Dil biliyi: Azərbaycan, Rus, İngilis dili (əla səviyyədə);
• Komputer biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook);

Nəzəri biliklər:

Bazar iqtisadiyyatı, sahibkarlıq və biznesin təşkili qaydaları;
Bazarın analizi;
Bazarın inkişafının qanunauyğunluğu və məhsul tələbatının formalaşdırılması barədə baza biliklər;

• Satış işinin təşkili və idarə edilməsi bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
• Təmkinlilik, etibarlılıq, özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, nizam-intizamlı; bacarıqlı;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
• Ezamiyyətlərə açıq olmalıdır.

CV göndərərkən mövzu qismində "Satış müdiri" sözünün yazılması mütləqdir!

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr.shopsaz@gmail.com ünvanına göndərə bilərlər.

Əlaqə Telefonu: (050) 280 28 24

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP