SƏTƏM üzrə mütəxəssis
 
JOB TITLE: SƏTƏM üzrə mütəxəssis
EMPLOYER: GP Alpha Greenhouse DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-11 LAST UPDATED: N/A DEADLINE: 2018-11-10

Şirkət: GP ALPHA GREENHOUSE MMC

Vəzifə: SƏTƏM üzrə mütəxəssis

Vəzifə öhdəlikləri

- Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlayır;
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;
- İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;
- Müəssisənin bölmə rəhbərləri ilə birlikdə istehsalat xəsarətlərini təhlil edir və istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür; 
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlayır (çəpərləmə, müdafiə qurğuları, ventilyasiya sistemləri, işıqlandırma, işarəvermə və s.);
- İşçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə qabaqcıl təcrübəni öyrənir və bu təcrübənin müəssisədə tətbiq olunmasını təşkil edir;
- Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin ƏM üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;

Vəzifəyə olan tələblər:

• Ali texniki təhsilinin olması;
• SƏTƏM və ya əməyin təhlükəsizliyi  üzrə ən azı 2 il iş təcrübəsinin olması;
• SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və rus dillərini yaxşı bilməli
• Kən Təsərrüfatı sistemində işləyə bilmə bacarığı.
• Təşkilati bacarıqlar,Təşəbbüskarlıq,Təzyiq altında işləmək bacarığı.
• İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
• Ünsiyyət və münasibət qurma bacarığı,Məsuliyyətli və Pozitiv yanaşma.
• Strateji yanaşma və planlı düşüncə tərzi.Komanda ilə birgə işləmək bacarığı.

İş şəraiti:

• İş rejimi – Həftədə 6 gün
• İş yeri Salyan rayonu
• Yemək və transport şirkət tərəfindən qarşılanır.
• Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 oktyabr  2018-ci il tarixinədək hr@gpag.az  elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “(HSE)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP