
Kassir
Ümumi məlumat
Kapital Bank namizədləri Bakı şəhərində yerləşən filialların Xidmət bölməsində Kassa üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi • Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması; • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
Tələblər
• Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır) • İş təcrübəsi arzuolunandır • Riyazi hesablama qabiliyyəti • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı • MS Office (Word, Excel) proqramları üzrə biliklər • Gərgin iş qrafikində işləmək bacarığı • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti
CV-lərinizi, mövzu hissəsində “Kassir” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
|