Korporativ hüquqşünas
 
JOB TITLE: Korporativ hüquqşünas
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-10 LAST UPDATED: N/A DEADLINE: 2018-11-09

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az
e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Korporativ hüquqşünas

Tələblər:

• Hüquq ixtisası üzrə ali təhsil
• Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
• Azərbaycan dilini səlis bilməli, Rus dilini bilməsi arzu olunandır
• Qanunvericilik sahəsində yüksək biliklər
• Kompüter proqramları (MS Office və s.) ilə işləmək bacarığı
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq
• Əla ünsiyyət qurma və komandada işləmək bacarığı

Vəzifələr:

• Müxtəlif hüquqi sənədlərin hazırlanması
• Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
• Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək
• Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
• Müvafiq məlumat bazası yaratmaq
• Şirkətin maraqlarınımüxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
• Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü, istirahet günü: şənbə, bazar
• Əmək haqqı – rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Korporativ hüquqşünas” yazaraq CV formasını hr@kontakt.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP