Baş Mühasib (Ağcabədi, Ağdam, Beyləqan, Sabirabad )
 
JOB TITLE: Baş Mühasib (Ağcabədi, Ağdam, Beyləqan, Sabirabad )
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-10 LAST UPDATED: N/A DEADLINE: 2018-11-09

Baş Mühasib.                                                                                               

MKT-İK MMC (Pambıq müəssəsi) Ağcabədi, Ağdam, Beyləqan, Sabirabad rayonlarında yerləşən filialları üçün Baş Mühasib vakansiyası üzrə işçi axtarır.

Vəzifə funksiyaları

• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini və ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi və təqdim edilməsi;
• Müəssisənin illik büdcəsinin və tədbirlər planının müəyyən edilməsinin və mühasibatmaliyyə idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir, tabeçiliyində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edir;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu həyata keçirir. Mühasibat uçotu hesablarında onların hərəkətinin düzgünlüyünə nəzarət edir;
• Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

• Maliyyə/Mühasibat sahəsində ali təhsil;
• Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dili yüksək, Rus dili/İngilis dili arzuolunan;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
• AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin və mühasibat hesabatlarının tərtib edilməsi qaydalarını bilmək.

İş qrafiki: 6 günlük,  I-V - 09:00-17:00, VI - 09:00–15:00

Müraciət qaydaları: CV –ni Azərbaycan dilində  hr@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Mühasib” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP