Mühasib ( Mingəçevir )
 
JOB TITLE: Mühasib ( Mingəçevir )
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-10 LAST UPDATED: N/A DEADLINE: 2018-11-09

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Mühasib

İş yeri: Mingəçevir şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Vəzifə öhdəlikləri:

- Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
- Bölgələrdən sənədlərin təhvili;
- Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Tələblər:

- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
- Vergi uçotu sahəsində biliklər;
- Logo Unity proqram biliyi arzuolunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib-Mingəçevir” yazıb göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP