Layihə Meneceri
 
JOB TITLE: Layihə Meneceri
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

VAKANSiYA

LAYİHƏ MENECERİ

İş barədə məlumat:

• Layihənin planlaşdırılması (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı)
• Layihənin idarə edilməsi ilə bağlı zəruri prosedurların və proseslərin hazırlanması
• Biznes analiz işlərin aparılması
• Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edilməsi və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsinin təmin edilməsi;
• Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasının təmin edilməsi və bu məqsədlə ehtiyac olan metod və metodologiyanın müəyyənləşdirilməsi və tətbiqinin təmin edilməsi;
• Üzləşilə biləcək risklərin müəyyən edilməsi, qarşısının alınması üçün tədbirlər planın hazırlanması və risklər ortaya çıxdıqda tətbiq edilməsi
• Maliyyə hesabatlarının vaxtında hazırlanması;

Tələblər:

• FMCG sahəsində texniki biliklərə sahib olmalıdır:
• Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
• Yüksək səviyyədə İngilis və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 5 il iş təcrübəsi olmalı;
• Microsof Office proqramlarını bilməli;

Şəxsi keyfiyyətlər:

• Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
• Problem həlletmə, müstəqil qərarvermə və ünsiyyət qurmaq qabiliyyətlərinə malik olmalı;
• Yüksək analitika və detallara diqqətlə yanaşma bacarığı olmalıdır;
• Stressə davamlı, dürüst olmalı, vaxtın idarə edilməsi və analitik düşünmə bacarığı olmalıdır;

Digər məlumatlar:

- iş rejimi: Həftə içi  -  5 günlük
- nahar -  şirkət tərəfindən təşkil edilir

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini mövzu yerinə "Layihə meneceri" yazmaqla cv@atena.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP