Korporativ kreditlər üzrə mütəxəssis
 
JOB TITLE: Korporativ kreditlər üzrə mütəxəssis
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

AFB Bank Korporativ kreditlər üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Korporativ kreditlər üzrə mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı. 

İŞİN TƏSVİRİ:

• Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq,
• Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;
• Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP