İnformasiya Texnologiyaları departamentinə Proqramçı (1C platforması üzrə)
 
JOB TITLE: İnformasiya Texnologiyaları departamentinə Proqramçı (1C platforması üzrə)
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

ABB” ASC  İnformasiya Texnologiyaları departamentinə Proqramçı (1C platforması üzrə) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  1 C platformasında proqramlaşdırma;
  1C platformasında tipik və qeyri tipik konfiqurasiyaların dəstəklənməsi və yenilənməsi;
  Ayarların və konfiqurasiyaların sazlanması;
  Hesabatların hazırlanması, mövcud konfiqurasiyaların təkmilləşdirilməsi;
  İnzibatçılıq işləri və istifadəçilərin qarşılaşdıqları cari problemlərin həll edilməsi;
  Yazılmış proqram kodlarında səhvlərin aradan qaldırılması;
  1C platformasının digər informasiya sistemləri ilə inteqrasiya edilməsi.

Vakant vəzifə üzrə tələblər:

  İT və ya texniki sahədə ali təhsil;
  1C proqralmlaşdırma platforması üzrə biliklər;
  Proqram kodlarının formalaşdırılması üzrə biliklər;                                                                                        
  Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.

Bu iş sizə nələri qazandıracaq:

  Bank sahəsində IT hesabatlılıq istiqaməti üzrə biliklərinizin inkişaf etdirilməsi ;
  Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30 Oktyabr 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Proqramçı (1C üzrə)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP