Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Texnik
 
JOB TITLE: Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Texnik
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

ABB” ASC Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Texnik vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 ATM və ödəmə terminallarının profilaktika işlərinin aparılması,
 ATM-lərin köşk və çətirlərinin yararlı olmasına nəzarət etmək və yuyulmasını təşkil etmək, 
 Terminallarda UPS və torpaqlamanın səviyyəsinin ölçülməsi,
 ATM  və ya kompyuter proqramları bilikləri arzu olunandır. .

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil və ya orta texniki təhsill;
 Sahə üzrə minimum 1 il iş təcrübəsi;
 B və yaxud BC kateqoriyalı sürücülük vəsiqəsi;
 MS Office proqlamları ilə işləmək bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  18 Oktyabr 2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq şəbəkəsinə texniki dəstək şöbəsinə Texnik” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP