Rəqəmsal Marketinq üzrə mütəxəssis/ Digital Marketing Specialist
 
JOB TITLE: Rəqəmsal Marketinq üzrə mütəxəssis/ Digital Marketing Specialist
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Rəqəmsal Marketinq üzrə mütəxəssis/ Digital Marketing Specialist

Vəzifə öhdəlikləri:

• Şirkətin internetdə irəliləyiş strategiyasını hazırlamaq;
• Layihənin inkişaf planının reallaşdırılmasını təmin etmək;
• Müştəri bazasını genişləndirmək və onunla çalışmaq;
• Layihə üzrə işlərə nəzarət etmək, layihə üzrə aylıq hesabatları təşkil etmək və onları şöbə rəhbərinə təqdim etmək;
• Veb-resursun davamiyyəti, reklam materiallarının effektivliyi və konversiyaların analizi;
• SMM strategiyasını hazırlamaq;
• Əməkdaşlar üçün texniki tapşırıqları tərtib etmək.

Tələblər:

• İş təcrübəsi - 2 il və yuxarı olmalı;
• Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
• Facebook ADS Manager-lə professional işləməyi bacarmalı;
• Data analiz, konversiya, ctr, ui, ux sözlərindən qorxmamalı;
• İnternet marketinq, e-mail marketinq bilikləri və Google analytics, google AdWords, SMM, SEO və s. alətlərindən sərbəst istifadə etməyi bacarmalıdır.

Arzu olunan tələblər:

• Müxtəlif Toollarla işləməyi bacarmalı;
• Çalışqan, yaradıcı, əzmli, sərbəst və özünü inkişaf etdirmə bacarığı olmalıdır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Rəqəmsal Marketinq üzrə mütəxəssis/ Digital Marketing Specialist” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP