Servis üzrə məsləhətçi
 
JOB TITLE: Servis üzrə məsləhətçi
EMPLOYER: Group Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-13 LAST UPDATED: N/A DEADLINE: 2018-10-13

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Servis üzrə məsləhətçi” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Ənənəvi və elmi yolla hərəkət edərək müştərilərin razılığına və loyallığına nail olmaq;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Xidmət/ehtiyat hissələrinin qiymətini hesablamaq və işlərin tamamlanma vaxtını bildirmək;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Bütün açılan iş kartlarını dəqiq məlumatlarla tamamladıqdan sonra və ya əlavə işlər/ehtiyat hissələri tələb olunarsa, iş kartında dəyişiklik edərək vaxtında Müştərinin yazılı təsdiqini (imza nəzərdə tutulur) almaq;
• Hər bir tamamlanmış iş kartında yerinə yetirilmə vaxtını, qiymətlərin dəqiqliyini və məlumat aydınlığını yoxlamaq;
• Xidmət  satışları üzrə qoyulmuş hədəflərə nail olmaq və ya üstün gəlmək;
• Təkrar müştəriləri müyyənləşdirməq və onlara uyğun olaraq davranmaq;
• Müştərilərlə əlaqə saxlayaraq onlara təyinat sistemi və növbəti dövri xidmət barədə qeydləri xatırlatmaq;
• Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.

Namizədlərə tələblər:

• Yaş: 25-40;
• Texniki sahədə ali təhsil; 
• Avtomobil sahəsində iş təcrübəsi (min. 2 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Rus və ingilis dillərinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma;
• Qərarvermə qabiliyyəti.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Servis üzrə məsləhətçi" qeyd etməklə  cv@groupmotors.az  elektron poçt ünvanına göndərsinlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP