Kiçik Auditor
 
JOB TITLE: Kiçik Auditor
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-13 LAST UPDATED: N/A DEADLINE: 2018-10-13

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Kiçik Auditor

Tələblər:

• Texniki və ya iqtisadi sahədə ali təhsil
• Analoji sahədə ən azı 1 il iş təcrübəsi və ya Məişət texnikası satışı üzrə ən azı 2 il iş təcrübəsi
• Microsoft Office – təcrübəli istifadəçi

Arzu olunan tələblər:

• Məişət texnikası mağazasında iş təcrübəsi
• 1C proqramı üzrə biliklər
• Excel proqramı üzrə yüksək səviyyədə biliklər

Vəzifə öhdəlikləri:

• Qəfləti və planlaşdırılmış mal qalığının inventarizasiyalarının aparılması
• Kassa yoxlamaları
• Müvafiq hesabatların hazırlanması

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 10:00-19:00
- Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kiçik Auditor” qeyd edərək CV formasını
hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP