HR mütəxəssis
 
JOB TITLE: HR mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-12 LAST UPDATED: N/A DEADLINE: 2018-10-12

HR mütəxəssis

Vəzifə və öhdəliklər:

- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- İşçilərin əmək kitabçalarının qanunvericiliyə uğun formada doldurulması;
- İşçilərin şəxsi işlərinin məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Əmək münasibətlərinin tənzimlənməsi üzrə əmrlərin hazırlanması;
- İş yerindən arayışların hazırlanaraq təqdim edilməsi;
- Kadr kargüzarlığının qanunvericiliyə və daxili qaydalara uyğun aparılmasına riayət edilməsi;
- Davamiyyətin izlənilməsi, “Turnover” hesabatlarının hazırlanması və analizlərin edilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

- İqtisadiyyat, biznesin idarəedilməsi, maliyyə və oxşar sahələrdə ali təhsil;
- Müvafiq vəzifədə ən azı 1 illik iş təcrübəsi;
- Əmək məcəlləsi üzrə biliklər;
- MS Office proqramları üzrə biliklər;
- Şəxsi keyfiyyətlər: Yaradıcı və yeniliyə açıq olmaq;
- Gərgin iş qrafikində işləmə bacarığı;
- Sənədləşmə və yazışma işlərini bacarmalı.
- Yaş: 23-35.

- 6 günlük iş rejimi (I-V günlər tam iş günü, VI gün yarım iş günü);
- Şirkət hesabına nahar;
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “HR mütəxəssis” yazaraq hrcompany@tutanota.com  e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP