Kiçik sistem inzibatçısı
 
JOB TITLE: Kiçik sistem inzibatçısı
EMPLOYER: Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-10 LAST UPDATED: N/A DEADLINE: 2018-10-10

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası  Mərkəzi kredit reyestri xidmətinə kiçik sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Ali təhsil (texniki sahə üzrə);
• Azərbaycan və ingilis dili bilikləri;
• Müvafiq sahə üzrə iş təcrübəsi 1 il;
• Avtomatlaşdırma üçün Linux/Unix Shell scripting üzrə biliklər;
• JAVA(JSE,JEE)-Specifications-EJB,JPA,JAAS,JTA,JMS üzrə biliklər;
• Spring Framework (Java), Bootsrap Framework (CSS,JS) üzrə biliklər;
• Web Services - RESTful, SOAP üzrə biliklər;
• Node.js/HTML/CSS/AJAX/JS/JQuery üzrə biliklər;

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

• Qurulmuş arxitektura əsasında proqram təminatına və veb servislərə texniki dəstək xidmətinin göstərilməsi;
• Unix/Linux əməliyyat sistemlərinin qurulması və təhlükəsizliyinin təmin edilməsi;
• Verilənlər bazasının və idarəetmə sistemlərinin (Oracle, MySql) qurulması, sazlanması, monitorinqi, problemlərin aşkar edilməsi və həllinə dəstək;
• Serverlərin təhlükəsizliyinin təminatı prosesinə aid olan elektron sertifikatların yaradılması, sazlanması və autenfikasiyasının həyata keçirilməsi;
• Qurulmuş sistemə on-site və off-site dəstək göstərilməsi.
• Qurulmuş proqram təminatının və ya yeni modulun test olunması.

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə hr@fimsa.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP