Təkrarsığorta üzrə assistent
 
JOB TITLE: Təkrarsığorta üzrə assistent
EMPLOYER: PASHA Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-10 LAST UPDATED: N/A DEADLINE: 2018-09-09

PAŞA SığortaASC namizədləri Təkrarsığorta üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Müştəri tələbatına və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması və bununla əlaqəli digər sənədlərin (hesab-faktura, tələbnamə, məktub və s.) hazırlanması;
• Sığorta şəhadətnamələrinin müvafiq ünvana çatdırılmasında yardım;
• Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət;
• Müvafiq hallarda müştərilər ilə əlaqə saxlayaraq lazımi məlumatların əldə edilməsi;
• Buraxılmış sığorta şəhadətnamələrinin fayllaşdırılmasını və qovluqlarda müvafiq sənədlərlə birgə yerləşdirilməsinin təmin edilməsi;
• Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və aidiyyəti departament rəhbərlərinə təqdim edilməsi;
• Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.

Bilik və bacarıqlar:

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
• Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, işgüzar ingilis dili və rus dili biliyinə üstünlük verilir.
• Sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir.
• Ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı.
• Komanda ilə işləmək bacarığı.

Son müraciət tarixi: 15 Sentyabr, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP