İnsan resursları şöbəsinin rəis müavini (aparıcı mütəxəssisi)
 
JOB TITLE: İnsan resursları şöbəsinin rəis müavini (aparıcı mütəxəssisi)
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-10 LAST UPDATED: 2018-08-10 DEADLINE: 2018-09-09

İnsan resursları şöbəsinin rəis müavini (aparıcı mütəxəssisi)

Şirkətin əsas fəaliyyət sahəsi texniki və texnoloji sahədə mühəndis həllərinin tətbiqindən ibarətdir. Daim inkişaf edir, yeni layihələrin icrasını həyata keçirir. Komandasına mütəmadi olaraq yeni işçilər cəlb edir və hər bir işçisinin potensialının inkişafına böyük önəm verir.

Son müraciət tarixi: 09 sentyabr 2018-ci il
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 700-1000 AZN

İşgüzar tələblər:

- Müəssisələrin struktur bölmələri üzrə texnoloji proseslərin və iş həcmlərinin tələblərinə uyğun olaraq, təşkilatı strukturun təhlili və mütəmadi yenilənməsi, işçilərə və iş yerlərinə dair tələblərin müəyyənləşdirilməsi;
- Texniki və texnoloji sahədə əməyin təşkilinə dair texniki, iqtisadi və hüquqi sənədlərlə işləmə təcrübəsi;
- İşçiyə olan tələbatın nəzarətdə saxlanılması, mövcud işə qəbul qaydaları çərçivəsində rüblük və illik işə qəbul planlarının hazırlanaraq təqdim olunması;
- İşçilərin qiymətləndirilməsi və əməyinin stimullaşdırılması üçün təkliflərin hazırlanması, təkliflərin reallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;
- İnsan resursları sahəsində zəruri prosedurların və qaydaların hazırlanması, günün tələblərinə uyğunlaşdırılması;
- İşçilərin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinin artırılması üçün zəruri təhlillərin aparılması, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təkliflərin verilməsi;
- Müəssisənin fəaliyyət istiqamətinə uyğun insan resurslarının idarə edilməsi üzrə tələb olunan digər əməliyyatların yerinə yetirilməsi;
- İşçilərin və digər müraciətçilərin dinlənilməsi, səlahiyyətləri çərçivəsində onların müraciətlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi;
- Əmək intizamının və görülən işin keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi;

Fərdi tələblər:

- İş həcmini sistemləşdirilməsi və prioritetlərin müəyyən olunması, vaxtın idarə edilməsi, problemli məsələlərin vaxtlı vaxtında və peşəkar şəkildə həll olunmasını bacarmalı;
- Avtomatlaşdırılmış idarəetmə sistemləri və müvafiq proqram təminatı ilə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Layihələrin koordinasiyası üzrə təcrübəsi olmalı;
- Stresli və konfliktli vəziyyətləri idarə etmə, kommunikasiya bacarıqları yüksək olmalı;
- Dürüst olmalı, etik normalara riayət etməli, məxfiliyi qorumağı bacarmalı;
- Daim özünü inkişaf etdirməkdə maraqlı olmalı, dəyişikliklərə adaptasiya olmağı bacarmalıdır.

Təhsil və iş təcrübəsinə tələblər:

- İnsan resursları, hüquq, biznesin təşkili və idarə edilməsi və sosial sahələrdə ali təhsil.
- İstehsalatda və ya mühəndislik şirkətlərində iş təcrübəsinin olması arzu olunandır.
- Azərbaycan dilini səlis bilməli, ingilis və rus dilində sərbəst danışıq və yazışmaların aparılması;
- İnsan resursları sahəsində fasiləsiz 3-5 il iş təcrübəsi;

Mürariət üsulları və formaları:

Vakansiyaya iddialı şəxslər azərbaycan dilində tərtib edilmiş tərcümeyi-hallarını (CV-anket) hr.dept.talk@outlook.com ünvanına göndərə bilərlər.
Mövzu hissəsinə “İnsan resursları şöbəsinin rəis müavini (aparıcı mütəxəssisi)” qeyd olunması zəruridir.

Tələblərə uyğun namizədlərlə əlaqə yaradılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP