Sumqayıt, Bakı və Regionlar üzrə aqro və mikro kredit mütəxəssisi
 
JOB TITLE: Sumqayıt, Bakı və Regionlar üzrə aqro və mikro kredit mütəxəssisi
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-10 LAST UPDATED: N/A DEADLINE: 2018-09-09

Sumqayıt, Bakı və Regionlar üzrə aqro və mikro kredit mütəxəssisi
(Sumqayıt, Bakı və Region filialları)

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır.Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Təhsil: ali;
• İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir.

ŞƏXSİ KEYFİYYƏTLƏR:

• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bankın aqro və mikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;
• Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

İŞ ŞƏRTLƏRİ:

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Əmək haqqı və bonus qazanma imkanları.

MÜRACİƏT ÜÇÜN MƏSLƏHƏTLƏR

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq;
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində vakansiyanın adını qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP