Dövlət qulluğu üçün – Qanunvericilik müəllimi
 
JOB TITLE: Dövlət qulluğu üçün – Qanunvericilik müəllimi
EMPLOYER: Vision Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-09 LAST UPDATED: N/A DEADLINE: 2018-09-08

Vision Academy Dövlət qulluğu üçün – Qanunvericilik müəllimi vakansiyası elan edir.

“Vision Academy” qurulduğu tarixdən etibarən bir çox sahədə xidmətlər göstərir, “Vision Academy” öz hədəfinə bağlı qalaraq elm öyrənmək və bilik qazanmaq istəyənlər üçün ən önəmli seçimlərdən birinə çevrilmişdir. Bizim mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək olmaq və bu sahədə innovasiyalar yaratmaqdır. Bizimlə bu hədəflərə çatmaq uğrunda çalışan işçi heyətimizlə fəxr edirik və sizi mehriban komandamıza qoşularaq “Vision Academy”  ailəsinin bir üzvü olmağa dəvət edirik.

Tələb olunan təcrübə:

•  Pedoqoji bacarıq
•  Fərdi və qruplarla işləmək bacarığı
•  Müvafiq sahə üzrə miniumum 2 il iş təcrübəsi
•  Qanunvericilik yüksək səviyyədə bilməli
•  Dövİmtahanda iştirak etmiş və onlar haqqında məlumatlı

Tələb olunan bacarıqlar:

•  Ciddi, məsuliyyətli, tələbkar
•  Peşəsinə yüksək motivasiya ilə yanaşma
•  Tələbələrə fərdi və differensial yanaşma
•  Yüksək çalışmaq və öyrətmək həvəsi
•  Dərslərin idarə edilməsi bacarığı
•  Tələbələrin qısa müddətdə inkişafı üçün müasir tədris metodlarından istifadə etmək
•  Müxtəlif yaş qrupları ilə çalışmaq bacarığı

Vəzifə öhdəlikləri:

•  Yüksək motivasiya və tələbələri cəlb etmək qabiliyyəti
•  Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək
•  Tapşırıq və sınaq testlərinin hazırlanması
•  Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq
•  Tələbəni imtahana müvafiq şəkildə hazırlamaq və imtahan haqqında ətraflı məlumat vermək

Sizə təklif edirik:

•  Əmək müqaviləsi ilə işə qəbul
•  Sosial, təhsil və fərdi inkişafla bağlı tədbirlərdə iştirak imkanları
•  Dərs prosesi zamanı müasir texnologiyalardan istifadə etmə imkanı
•  Mehriban, inkişafa yönümlü və peşəkar kollektivlə işləmək imkanı
•  Yeni təşəbbüs və ideyaları irəli sürmək və gerçəkləşdirmək imkanı

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi  “Dövlət qulluğu üçün – Qanunvericilik üzrə müəllim” qeyd edərək hr@visionacademy.az  e-mail  ünvanına müraciət etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP