
BSC Group Consulting & Outsourcing şirkəti "İnsan resursları üzrə mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək; - İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq; - Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq; - Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək; - İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması; - Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
Tələblər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli; - Ali təhsilli; - Bu sahədə minimum 1 il iş təcrübəsi; - E-gov Elektron Hökumət Portalında işləyə bilmək; - Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək; - Ünsiyyət qurma bacarığı; - Problemləri həll etmə bacarığı; - Detallara xüsusi diqqətlilik; - Stresə davamlı.
İş qrafiki:
- Həftədə 5 gün 09:00 - 18:00, şənbə 13:00 - Əmək haqqı 500 AZN
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " İnsan resursları üzrə mütəxəssis " sözünü qeyd etməklə hr@bsc-group.az elektron poçtuna göndərsinlər.
|