
Vəzifnin adı: Ofis Assistenti
Yerləşmə: Bakı, Azərbaycan
Tabedir: Ofis menecer
Tələblərimiz:
• Ali təhsil; • İnzibati ofisdə qeydiyyatçı vəzifəsi üzrə iş təcrübəsi; • MS Office proqramını mükəmməl bilmək; • Mükəmməl yazılı və şifahi nitq qabiliyyəti, problemləri həll etmək bacarığı, çeviklik, təşkilati və ünsiyyət bacarıqları, detallara qarşı diqqətli olmaq; • Azərbaycan və rus dillərini mükəmməl bilmək. İngilis dili arzuolunandır; • Yarana biləcək problemlərin həllində bacarıqlı və aktiv olmaq; • Təşkilatçılıq qabiliyyəti, çoxfunksionallıq, prioritetləri müəyyən etmək və təzyiq altında işləmək bacarığı.
Əsas məsuliyyətlər:
• İş yerini səliqəli vəziyyətdə saxlamaq və bütün lazımı materiallarla (qələmlər, formalar, kağızlar və s.) təchiz olunmasını təmin etmək; • Bütün daxil olan zənglərə cavab vermək və yönləndirmək; • Qonaqları qarşılamaq; • Suallara cavab vermək və müraciətləri ünvanı üzrə yönləndirmək; • Məktubları, bağlamaları və s. qəbul etmək və paylaşdırmaq; • Hesabatları və faylları daim yeniləmək; • Müştərilərə və ziyarətçilərə sorğularında yardım etmək; • Verilmiş digər tapşırıqları yerinə yetirmək (cədvəllər, qeydiyyat kitabları və s.).
Iş rejimi:
• Növbəli iş qrafiki: 1-ci növbə - 10:00-18:00, 2-ci növbə: 12:00-20:00; • 6 günlük iş qrafiki – 40 saat; • 1 istirahət günü (həftə arası).
Necə müraciət etməli:
CV-nizi talent@dersevi.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu sətrində “Ofis assistenti” vəzifəsini göstərməyi unutmayın.
Son tarix: 31 avqust 2018-ci il
|