Aparıcı Mühasib
 
JOB TITLE: Aparıcı Mühasib
EMPLOYER: Ramco LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-07 LAST UPDATED: N/A DEADLINE: 2018-09-06

Vəzifə: Aparıcı Mühasib

İş barədə məlumat

- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil edir;
- Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
- Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
- Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
- Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir;
- Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarını (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifariş etməyi təşkil edir;

Namizədə tələblər

- Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
- Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
- Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;
- Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
- Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti və güclü məntiqi biliklərə malik olmalıdır

Əmək haqqı: 1200 AZN

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Aparıcı mühasib” yazmaqla öz CV-lərini hr-cv@ramco.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər ilkin müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP