Sistem İnzibatçısı
 
JOB TITLE: Sistem İnzibatçısı
EMPLOYER: Barattson School of Business & Finance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-01 LAST UPDATED: N/A DEADLINE: 2018-08-31

Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson   “Sistem İnzibatçısı” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri

- Bütün versiya Windows ƏS qurulması, konfiqurasiyası və idarə olunması;
- Server və storagelərin qurulması və idarə olunması;
- Sistemlərin yüklənməsinin effektivliyinin analizi və monitorinqini etmək;
- Profilaktik tədbirlərin görülməsi və planlaşdırılması;
- Hardware və proqram təminatı problemləri daxil olmaqla sistem səviyyələrində problemlərin aradan qaldırılması;
- İnformasiya sızmalarının qarşısını almaq;
- Sistem və konfiqurasiya fayllarının müntəzəm surətlərini yerinə yetirmək;
- İT İnkişaf hədəfləri/planlarına əsasən yeni İT infrastruktur sistemlərinin, alətlərinin və texnologiyalarının inkişafında və dəstəklənməsində iştirak etmək;
- Hardware və proqram təminatı sistemləri daxil olmaqla infrastruktur sistemlərinin sənədləşdirilməsini etmək;
- İT sisteminin elementləri ilə əlaqədar işlə bağlı problemlər haqqında vaxtında bildiriş aparmaq;
sistemin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə hesabat vermək;
- Şirkət məlumatlarının məxfiliyini təmin etmək;
- Mövcud sistemləri təkmilləşdirmək;

Əsas tələblər:  

- Ali təhsil;
- Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
- Qeyd olunan sahədə (Sistem inzibatçılığı) minimum 2-3 il iş təcrübəsi
- Windows ƏS sistemləri, MS Exchange Server üzrə dərin biliklər, həmçinin Server və Storage üzrə praktiki biliklər;
- Mail serverin qurulması, idarə olunması və optimallaşması üzrə  biliklər və  təcrübə;
- Məlumatların reservləşdirilməsi və backup olunması prosedurlarını bilmək və programları ilə işləmə bacarığı;
- Windows Server mühitində AD infrastrukturu, MS Exchange Server, MS TMG, MS NPS, Citrix və Microsoft Core infrastruktur texnologiyaları (AD, DFS, Clustering, IIS, Terminal xidmətləri və s.) sahəsində güclü məlumatlar;
- Virtuallaşma texnologiyası (Vmware) təcrübə;
- MS Exchange konfiqurasiyasının tətbiqi/idarə edilməsində yüksək təcrübə (Clustering və s.);
- İnformasiya təhlükəsizliyi, məlumatların qorunması, viruslara qarşı sistemlərin və program təminatlarının idarə edilməsi sahəsində yaxşı bilik və təcrübə;
- Backup proseslərində, backup proqramlarında  bacarıqlar;
- IP Şəbəkəsi (TCP / IP, IP ünvanı) və ümumi internet xidmətləri, protokol və proqramları (DNS, SMTP, HTTP / HTTPS, LDAP) biliklər,
- MCSA/MCSE, VCP, sertifikatlaşdırma plus;
- Bulud (cloud) texnologiyası üzrə biliklər.

Əmək haqqı:  razılaşma yolu ilə. İş qrafiki: 6 günlük

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Sistem İnzibatçısı” qeyd olunmaqla göndərməkləri xahiş olunur.
CV-nin son göndərilmə tarixi:   30 avqust 2018 ci il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP