Korporativ Satış Meneceri
 
JOB TITLE: Korporativ Satış Meneceri
EMPLOYER: Baku Electronics MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-30 LAST UPDATED: N/A DEADLINE: 2018-08-29

Şöbə:  BİD

Vəzifə:  Korporativ Satış Meneceri

Kimə məruzə edir: Departament Direktoruna

İş barədə məlumat

- Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyyacların analizi
- Əlaqədə olduğumuz müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
- Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
- Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
- Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
- Müştərilərə zəng vəya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
- Görüşə hazırlıq və təqdimat materiallarının hazırlanması
- Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
- Ziyarət nəticələrinin izlənilməsi
- Sifarişlərin icra olunması
- Müştəridən sifarişlərin qəbul olunması və sifarişlər üzrə mütəxəssisə ötürülməsi
- Qiymələr və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
- Müştəri ödəmələrinin izlənilməsi

Namizədə tələblər

- Ali təhsil
- İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması.
- Yaş həddi - 27-40
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli 
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir
- İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitik olmalıdır
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli
- Müştəriyönümlü satış  etmək bacarığının olmalı;
- Liderlik keyfiyyətlərinə malik olmalı
- Korporativ idarəetmənin prinsiplərini bilməlidir

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP