Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: Wentto Electronics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-25 LAST UPDATED: N/A DEADLINE: 2018-08-24

Vəzifənin adı: Mühasib
Şirkət: “Wentto Electronics” MMC

Şirkətimiz haqqında:

“Wentto Electronics” MMC 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. Apple, Samsung, LG, Xiaomi, Panasonic, HP, Lenova, Canon, Nikon və s. məşhur brendlərin satışını həyata keçirir. Savadlı, dinamik və məsuliyyətli şəxslərlə əməkdaşlıq etmək prioritetlərimizdən biridir.

Tələblər:

• Təhsil: ali (maliyyə və yaxud mühasibatlıq üzrə);
• Müvafiq sahə üzrə iş təcrübəsi - 2 ildən artıq;
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
• Gərgin iş şəraitində və komandada işləmək bacarığı;
• MS Office və 1C proqramlarını mükəmməl bilməli;

Ümumi vəzifə öhdəlikləri:

• Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək
• Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr, eləcə də sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olma halları üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq
• Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək
• Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək
• Tabeçiliyində olan işçilərin işlərinə nəzarət və cavabdehlik daşımaq və s
• Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanmaq və təqdim etmək
• DSMF, vergi və s. hesabatların hazırlanması
• İlkin sənədlərin qanunvericiliyə uyğun tərtib edilməsi
• Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq
• Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi , ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək
• Vergi bəyənnamələrinin hazırlanmaq (sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, ödəmə mənbəyindən tutulan vergi, ƏDV köçürmələri, ƏDV bəyənnamələri, əmlak vergisi, yol vergisi, hüquqi şəxlərin mənfəət vergisi, elektron vergi hesab fakturaların göndərilmək və s
• Statistika hesabatları, işçilərin icbari sığortası, avtomobillərin icbari sığortası, həmçinin məşğulluq hesabatlarının tərtibi
• Mənfəət vergisinin bəyənnaməsi,
• Gəlir vergisinin bəyənnaməsi
• Sadələşdirilmiş verginin bəyənnaməsi,
• Fiziki şəxslər üzrə bəyannaməsi
• Bank köçürmələrinin aparılması və Bank hesablarına nəzarət

İş şərtləri:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş vaxtı: həftənin 6 günü, saat 10:00-dan 19:00-dək;
• Əmək haqqı 800-1200


Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühasib” şəklində göstərməklə info@wenttotelecom.az elektron ünvanına göndərə bilərsiniz. 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP