Marketinq üzrə kiçik mütəxəssis/ Junior Marketing Specialist
 
JOB TITLE: Marketinq üzrə kiçik mütəxəssis/ Junior Marketing Specialist
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-24 LAST UPDATED: N/A DEADLINE: 2018-08-23

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Marketinq üzrə kiçik mütəxəssis/ Junior Marketing Specialist

Tələblər:

• Ali təhsil
• Azərbaycan dilini mükəmməl bilməli
• Kompüter və internetdən sərbəst istifadə etmə bacarığı
• Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində biliklər
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmalı
• Komanda ilə işlmək bacarığı

Arzu olunan tələblər:

• Marketinq sahəsində iş təcrübəsi
• İngilis dili biliyi

Əmək funksiyaları

• Marketinq planlaşdırılmasında iştirak etmək
• Kopiraytinq
• Təchizatçılarla danışıqlar aparmaq
• Marketinq sifarişlərini etmək

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Marketinq üzrə kiçik mütəxəssis” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP